ABŞ-ın Avropadakı Quru Qoşunları komandanlığının (USAREUR) ekspertləri tərəfindən Bakıda “Sülhməramlı əməliyyatlar zamanı hərbi qərar qəbuletmə prosesi” mövzusunda seminar keçirilir.
Bu barədə ÇıxışYolu.Com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə USAREUR ekspertləri tərəfindən sülhməramlı mühitə uyğunlaşdırılan hərbi qərar qəbuletmə prosesi və digər mövzularda brifinqlər təqdim olunacaq.
Aprelin 5-dək davam edəcək seminarda Azərbaycan Ordusunun hərbi qulluqçuları iştirak edir.