ABŞ Konqresində Rusiyanın G7-də iştirakına qarşı çıxdılar

Baxış sayı: 2. 259 dəfə baxılıb.

ABŞ Konqresində Rusiyanın G7-də iştirakına qarşı çıxdılar

ABŞ-ın ali qanunvericilik orqanının aşağı palatasında Rusiyanın “Böyük yeddilik” sammitində iştirakına qarşı çıxıblar.

Müvafiq qətnaməni ABŞ Konqresinin Nümayəndə Palatasına demokrat konqresmen Albio Sayres təqdim edib.

“Rusiya Krım daxil olmaqla, Ukraynanın suveren ərazisinin işğalını tamamilə dayandırmayınca və bütün dünyada demokratiyaya hücumlarına son qoymayınca G7-də olmamalıdır”, – demokratın bəyanatında bildirilir.

Bu çağırışla demokrat ABŞ Konqresinin aşağı palatası adından G7 ölkələrinin liderlərinə müraciət edib. Onun sözlərinə görə, palata Rusiyanın Ukraynadakı “aqressiv hərəkətləri”ni pisləyir.