ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib

ABŞ konqresmeni Azərbaycanla bağlı bəyanat verib

Baxış sayı: 3. 065 dəfə baxılıb.

Aprelin 24-də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Koen bəyanatla çıxış edib və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən cari ilin 18 aprel tarixində Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, bəyanatda daha sonra, Azərbaycan Respublikasında fəal yəhudi icmasının yaşadığı və əhalisinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə dost münasibətləri ilə seçilən ölkə olduğu bildirilib.

Bununla yanaşı, Sovet İttifaqından öz müstəqilliyini elan edəndən dərhal sonra, Azərbaycan Respublikasının 1992-ci ildən etibarən ABŞ-la güclü diplomatik münasibətlərə malik olduğu vurğulanıb. Azərbaycan Respublikasının İsrail dövləti ilə öz tərəfdaşlığını saxladığı və gücləndirdiyi bəyanatda qeyd olunub. Bəyanatda həmçinin, bu il Azərbaycan Respublikasının müsəlman dünyasında ilk demokratik respublika qurmasının yüz illiyinin qeyd olunduğu vurğulanıb.   

www.ÇıxışYolu.Com