54fe5ddd-76bd-4e56-ab6b-96484a8cfd63..jpg

ABŞ-li milyarder dopinq və steroid istifadə edən idmançılar üçün olimpiada keçirəcək

Baxış sayı: 393 dəfə baxılıb.

ABŞ-li milyarder dopinq və steroid istifadə edən idmançılar üçün olimpiada
keçirəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-li milyarder və “PayPal”ın həmtəsisçisi Peter Til dopinq və steroid
istifadə edən idmançılar üçün “Steroidlər üzrə Olimpiada” (“Enhanced Games”)
keçirmək qərarına gəlib.

Tilin maliyyələşdirdiyi bu turnirdə idmançılara performanslarını artırmaq üçün
istənilən maddədən istifadə etmələrinə icazə veriləcək.

Yarışın üzgüçülük, gimnastika, ağır atletika, yüngül atletika və döyüş
sənətləri olmaqla beş idman növü üzrə keçirilməsi nəzərdə tutulur.

İlk yarışların artıq 2025-ci ildə baş tuta biləcəyi bildirilir. Aprelin 17-də
layihənin təqdimatı gözlənilir və yayda milyarder Beynəlxalq Olimpiya
Komitəsinin rəhbəri Tomas Baxla görüşmək üçün Paris Olimpiadasına gedəcək.

Dərmanların insanlara təsirini araşdıran Aron Desouzanın sözlərinə görə, 900
idmançı turnirdə iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

Bundan əlavə, turnir Olimpiya infrastrukturunun istismarı probleminə diqqət
çəkə bilər.

Aron Desouzanın sözlərinə görə, oyunlar üçün tikilən meydançaların əksəriyyəti
oyunlar başa çatdıqdan sonra istifadə olunmur, ona görə də “Steroidlər üzrə
Olimpiada” turniri ildə bir dəfə mövcud meydançalarda keçiriləcək.

Mənbə: Lenta.ru, “Baza” “Telegram”

Source link