3e7ce498-459c-4ce5-8653-2ca13201642d..jpg

ABŞ-li professor İlham Əliyevin mövqeyini şərh etdi: “Gələcəyə baxışı aydınlaşdırır”

Baxış sayı: 707 dəfə baxılıb.

ABŞ-li professor İlham Əliyevin mövqeyini şərh etdi: “Gələcəyə baxışı
aydınlaşdırır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Tennesi Texnoloji Universitetinin professoru Maykl Qanter Azərbaycan
Prezidentiİlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə
Ermənistanla bağlı səsləndirdiyi mövqeyə münasibət bildirib.

Qanter Cixisyolu.com-a açıqlamasında deyib ki, İlham Əliyev suallara hərtərəfli
cavablar verib.

Professor Qantar deyir ki, İlham Əliyevin konsepsiyaları mərhum atası, keçmiş
prezident Heydər Əliyevin konsepsiyalarına əsaslanır.

Onun fikrincə, İlham Əliyev Heydər Əliyevin prezident olduğu 1993-2003-cü
illəri Azərbaycan tarixinin ən mühüm dövrü kimi xarakterizə edir:

“İlham Əliyev atasının ikinci dəfə hakimiyyətə gəlişini və onun iqtidar
dövrünü əhatə edən 1993-2003-cü illəri Azərbaycanın ən yaxın siyasi tarixinin
ən mühüm dövrü kimi görür. Çünki məhz o zaman yeni dövlət öz inkişaf yoluna
qədəm qoydu, vətəndaş müharibəsinə son qoyuldu və bu dövrdən etibarən yenidən
formalaşmağa, inkişaf etməyə başladı”.

“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Heydər
Əliyevin təqdim etdiyi sabitlik kursunun davamı idi. Prezident İlham Əliyev
başa düşürdü ki, beynəlxalq hüquq onun dövlətinə ərazi bütövlüyünü bərpa etməyə
imkan verməyəcək. Ona görə də Azərbaycan özü ədaləti təmin etməli idi. İlham
Əliyev separatizmə tamamilə son qoymaqla yarımçıq qalan işləri başa vurdu”, –
deyə professor belə düşünür.

İlham Əliyev yanvarın 10-da yerli jurnalistlərə verdiyi müsahibədə
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Bakının təqdim etdiyi
sülh modelindən danışıb.

Dövlət başçısının dediyindən aydın olur ki, Azərbaycan-Ermənistan sərhəd
delimitasiyası ilə mümkün sülh müqaviləsi ayrı-ayrı mərhələdə həyata
keçirilməlidir.

Bundan başqa İlham Əliyev Zəngəzur dəhlizi layihəsinin vacibliyinə diqqət
çəkib və Ermənistanın buna razılıq verməyəcəyi təqdirdə əbədi dalan olacağını
bildirib. İlham Əliyev regionda təhdid yaratmaq istəyən qüvvələrdən də danışıb
və bu məsələdə Fransanın adını xüsusilə çəkib.

Qanter deyir ki, Fransanın Ermənistanı dəstəkləməsi bu ölkədə nisbətən böyük
erməni diasporunun olması ilə əlaqədardır.

“Mümkün təhdidlərə, Fransanın Ermənistana dəstəyinə rəğmən, İlham Əliyev açıq
şəkildə bildirdi ki, Ermənistana qarşı növbəti müharibə istəmir və qanuni
erməni maraqlarının heç birini təhdid etmir. Ona görə də onun çıxışı
Azərbaycan-Ermənistan münasibətlərinə müsbət gələcək gətirir”, – deyə professor
şərh edib.

O hesab edir ki, Prezidentin suallara hərtərəfli cavab verməsi Azərbaycanın
Qarabağda öz suverenliyini yenidən təsdiqləməsi fonunda gələcəyə baxışı
aydınlaşdırır.

“İlham Əliyevin dedikləri çox müsbət məqsədlərə xidmət edir”, – deyə Qanter
fikrini tamamlayıb.

Aqşin Kərimov

Source link