Ağ Ev administrasiyası ümid edir ki, artıq “Hizbullah” hərəkatını zəiflədən
İsrail-Livan münaqişəsi yaxın gələcəkdə Livanın yeni prezidentinin seçilməsinə
şərait yaradacaq.
Cixisyolu.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Qeyd olunur ki, ABŞ “Hizbullah”ın dövlətin siyasi sisteminə təsirinin
azaldılmasına imkan yaratmaq üçün ölkənin yeni liderini təşkilatla sıx
əlaqələri olmayan namizəd kimi görür. Vaşinqtonda hesab edirlər ki, hərəkatın
baş katibi Şeyx Həsən Nəsrullahın İsrailin zərbəsi nəticəsində ölümündən sonra
bu, tamamilə reallaşa bilər.
Bundan əlavə, Ağ Ev yeni dövlət başçısının seçilməsi məsələsini İsraillə
münaqişənin həllindən daha vacib və aktual hesab edir.
Xüsusilə, ABŞ-nin İsrail üzrə xüsusi nümayəndəsi Eymos Hokstin Livanın baş
naziri Nəcib Mikati ilə söhbətində bildirib ki, hərbi əməliyyatların
intensivləşməsi səbəbindən Vaşinqtonun yayda təklif etdiyi münaqişənin həllinin
diplomatik yolu artıq müzakirə olunmur. Ona görə də ölkə hakimiyyəti diqqətini
prezidentin seçilməsinə yönəltməlidir. Mikati həm də 2022-ci ilin oktyabrından
dövlət başçısı vəzifəsini icra edir. General Mişel Aun 6 illik səlahiyyət
müddətinin sonunda prezident sarayını tərk etdikdən sonra Livanın yüksək
hökumət postu vakant olaraq qalır.