ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirdi

Baxış sayı: 2. 365 dəfə baxılıb.

Vaşinqton Liviyaya qarşı sanksiyaları genişləndirib.

Bu barədə ÇıxışYolu.Com ABŞ Maliyyə Nazirliyi Əcnəbi aktivlərə nəzarət idarəsinə istinadən xəbər verir.

Maliyyə idarəsinin bəyanatında qeyd olunur ki, yeni sanksiyalar neft məhsullarının qanunsuz satışı ilə məşğul olan özəl struktur və şəxslərə aid edilir. Sənədə əsasən, sanksiya siyahısına altı fiziki şəxs, 24 şirkət və yeddi məhkəmə daxil edilib.

“Neftin qeyri-qanuni satışı Liviyanın suverenliyini sarsıdır, qara bazarı genişləndirir və qeyri-sabitliyin artmasına gətirir. Bu, resursların məxsus olduğu əhalinin soyulması deməkdir”, – deyə, ABŞ Maliyyə Nazirliyinin sənədində bildirilir.  

Sanksiyalar həmçinin ABŞ-ın vətəndaşları və təşkilatlarına bu şəxslər, strukturlarla əlaqə qurmağı qadağan edir.

А.B.
www.ÇıxışYolu.Com