ABŞ məhkəməsi təəccüb doğuran qərar verib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, dünən axşam saatlarında ABŞ-ın Maryland Federal Məhkəməsi ABŞ prezidenti Donald Trampla bağlı araşdırmanın aparılmasının (cinayət işi açılmasının – red.) önünü açacaq qərar çıxarıb.
Belə ki, Trampın öz şəxsi (biznes) işləri ilə rəsmi dövlət işləri arasına məsafə qoymaması, ABŞ Konstitusiyasının bu yöndəki tələblərini pozması səbəbilə belə bir qərar verilib.
Eyni zamanda, adıçəkilən məhkəmə ABŞ Ədliyyə Nazirliyinin Trampla bağlı məhkəmə instansiyasına ünvanladığı tələbə veto qoyub.
Məlum qərar Trampın ölkə hüdudlarından kənardakı qaynaqlardan və Ağ Evə təsir göstərmək istəyən şəxslərdən aldığı ödəmələrin maliyyə qeydiyyatının araşdırılmasının da önünü açacaq.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com