ABŞ Maduronu devirmək üçün koalisiya yaradır

Baxış sayı: 3. 956 dəfə baxılıb.

ABŞ Maduronu devirmək üçün koalisiya yaradır

Vaşinqton Nikolas Maduronu devirmək üçün koalisiya yaratmağa çalışır.

Bu barədə Rosbalt məlumat yayıb.

 Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib ki, Amerika, hakimiyyətin dinc yolla Nikolas Madurodan Xuan Quaidoya ötürülməsi üçün dəstək toplamağa çalışır.

Qeyd edək ki, Xuan Quaido yenidən meydana çıxıb və öz tərəfdarlarını hazırkı hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıb.

Özünü Venesuelanın müvəqqəti prezidenti elan edən Xuan Quaydo ölkəyə qayıdacağını bəyan edib. O,  əhalini martın 4-5-də ölkə üzrə kütləvi aksiyalara səsləyib.

Venesuelada mövcud qadağaya baxmayaraq, Quaydo fevralın 22-də Kolumbiyaya gedib. Venesuela Ali Məhkəməsinin konstitusiya palatası hakiminin müavini Xuan Karlos Valdes bildirib ki, qadağanı pozan Quaydonu 30 il müddətinə həbs cəzası gözləyir. ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams isə Maduro hakimiyyətinə bu addımın ağır nəticələri barədə xəbərdarlıq edib.