ABŞ Milli Qvardiyası Meksika sərhədinə istiqamətlənib

ABŞ Milli Qvardiyası Meksika sərhədinə istiqamətlənib

Baxış sayı: 3. 043 dəfə baxılıb.

ABŞ Milli Qvardiyasının hərbi qulluqçularının ilk bölmələri Meksika ilə sərhədə yola salınıb.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən  xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Ceyms Mettis və Daxili Təhlükəsizlik naziri Kirsten Nilsenin birgə bəyanatında bildirilir.

“Bu gün axşam Milli Qvardiya qoşunları ABŞ-ın cənub-şərqi sərhədləri boyunca təhlükəsizliyin təmin edilməsi missiyasını dəstəkləmək üçün hərəkət edəcəklər”, – Kirsten Nilsenin Twitter-də verdiyi açıqlamada deyilir.

Açıqlamada qeyd olunur ki, Milli Qvardiya sərhədlərə yaxın yerləşən ştatların qubernatorları ilə “sıx əməkdaşlıqdan” sonra, daxili təhlükəsizlik departamenti tərəfindən aşkar edilmiş təhlükəsizliyin zəif tərəfləri ilə məşğul olacaq.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdir ki, sərhədlərin qorunması üçün ABŞ Milli Qvardiyasının iki mindən dörd minədək hərbi qulluqçusunu sərhədə göndərmək istəyir və onlar divarın tikilməsi müddəti ərzində orada qalacaqlar.

www.ÇıxışYolu.Com