ABŞ Silahlı Qüvvələri yerüstü ballistik raketi sınaqdan keçirib.
Pentaqon rəsmisi TASS-a bildirib ki, raket qeyri nüvə konfiqurasiyalı olub.
Lakin o silahın Qısa və orta mənzilli raketlərin ləğvinə dair müqavilənin (IRNFT) şərtlərinə uyğun olub olmaması haqda məlumat verməkdən boyun qaçırıb.
“Business Insider” nəşri raketin 500 kilometrdən artıq uçduğunu bildirib ki, bu da öz növbəsində IRNFT-nin qadağan olunmuş silahlar tipinə aid olmasına işarədir