ABŞ strateji neft ehtiyatlarını satışa çıxarmaq qərarına gəlib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu ABŞ Energetika Nazirliyi bəyan edib.
Satışa çıxarılacaq neft ehtiyatları Luziana və Texas ştatlarındakı yeraltı anbarlarda saxlanılır.
Hazırda ABŞ-ın neft ehtiyatlarının həcmi 700 milyon neft təşkil edir. Bu, ölkənin 33 gün ərzində tələbatını ödəməyə kifayət edər. ABŞ hələlik bu həcmin 11 milyon barrelini satmaq istəyir.
Yaxın illərdə Birləşmiş Ştatlar 25 milyon barrel, 2025-ci ilədək isə 58 milyon barrel neft satmağı planlaşdırır.