ABŞ-nin ATƏT-dəki səfiri: “Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması
region üçün vacibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması region üçün son
dərəcə vacibdir”.
Bunu ABŞ-nin ATƏT-dəki səfiri Maykl Karpenter deyib.
ABŞ səfiri vurğulayıb ki, Ermənistan-Azərbaycan danışıqlarında imkanlar
pəncərəsinin bağlandığını hesab etmir.
“Danışıqlar prosesinin sabit cədvəlini qurmayacağam. Bütün tərəflərin
bölgədəki davamlı sülhə və təhlükəsizliyə nail olmaq üçün səylərini iki dəfə
artırması zəruridir, çünki bu, insan hüquqları və demokratiyanı qorumaq üçün
son dərəcə vacibdir”, – M.Karpenter deyib.
Onun sözlərinə görə, ABŞ-də hesab edirlər ki, Ermənistan və Azərbaycan üçün
münasibətlərin nizamlanması son dərəcə vacibdir ki, regionda sülh və sabitlik
olsun, nəqliyyat kommunikasiyaları açılsın.
“İnanırıq ki, bu bölgədəki sülh və sabitlik hamının maraqlarına cavab verir.
Buna görə də, əlimizdə olan vasitələrlə bu vəzifəni asanlaşdırmağa çalışacağıq.
Ümid edirik ki, tərəflər də bunun onların maraqlarına uyğun olduğunu başa
düşürlər”, – Karpenter qeyd edib.