80e9afde-8724-4ffe-b019-140738d926e0..jpg

ABŞ-nin atom sualtı qayığı Fars körfəzinə girdi

Baxış sayı: 599 dəfə baxılıb.

ABŞ-nin atom sualtı qayığı Fars körfəzinə girdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin “Ohayo” sinfinə aid atom sualtı qayığı “USS Florida” Fars körfəzinin
sularına daxil olub.

Bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton bu yolla Yaxın Şərqdə münaqişənin genişlənməsindən
qaçmaq üçün güc nümayiş etdirməyə və Tehranı çəkindirməyə ümid edir.

Məlumata görə, “Florida” – atom sualtı qayığı olsa da, nüvə silahı daşımır.
Onun silahlandırmasında 154-ə qədər “Tomahawk” qanadlı raketi ola bilər. Bundan
başqa sualtı qayıq göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 66-a qədər xüsusi
təyinatlısını daşıya bilər.

Xatırladaq ki, noyabrın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji
kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Birləşmiş Ştatların Yaxın Şərqə
“Ohayo” sinifli sualtı qayıq göndərdiyini, ancaq söhbətin hansı sualtı qayıqdan
getdiyi və dəqiq olaraq harada yerləşdiyi barədə məlumat verməmişdi.

Source link