cac54270-8a89-4489-bf3f-444a15129245..jpg

ABŞ-nin Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib – FOTO

Baxış sayı: 532 dəfə baxılıb.

ABŞ-nin Azərbaycandakı yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova
təqdim edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-nin Azərbaycana yeni təyin olunan
səfiri Mark Libbini qəbul edib.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüş zamanı səfir Mark Libbi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova
təqdim edib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi,
regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma
prosesinin perspektivləri müzakirə olunub.

Azərbaycanla ABŞ arasında bir sıra istiqamətlərdə tarixi əməkdaşlıq
münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli
münasibətlərin inkişafının vacibliyi qeyd olunub.

C.Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin
təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf
olduğunu vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional
məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Source link