59070c7d-3db2-466a-89ba-d6139b1a506c.jpg

ABŞ-nin Florida ştatında fövqəladə vəziyyət elan edildi

Baxış sayı: 267 dəfə baxılıb.

ABŞ-nin Səhiyyə və Sosial Xidmətlər Departamenti ölkənin cənub-şərq
sahillərinə yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar Florida ştatında
fövqəladə vəziyyət elan edib.

Bu barədə Cixisyolu.com TASS-a istinadən xəbər verir.

Qurumdan bildirib ki, Floridaya tibbi avadanlıq və ləvazimatlarla birlikdə 100
xilasedici göndərilib. Bölgəyə həmçinin üç mütəxəssis qrupu gəlib ki, onlar
yerli həmkarları ilə birlikdə qasırğanın xəstəxanalar, qocalar evləri və digər
tibb müəssisələri üçün nəticələrini qiymətləndirəcək.

Daha əvvəl Florida ştatının Səhiyyə Departamenti belə bir xəbərdarlıqla çıxış
edib ki, təbii fəlakət nəticəsində insanlar potensial təhlükəli olan
infeksiyaya yoluxa bilərlər. Güclü yağış və daşqınlardan sonra mədə-bağırsaq
xəstəliklərinə səbəb olan “Vibrio” bakteriyalarının konsentrasiyası əhəmiyyətli
dərəcədə arta bilər.

Qeyd edək ki, oktyabrın 7-də ABŞ Prezidenti Co Bayden Floridada “Milton”
qasırğası ilə əlaqədar fövqəladə vəziyyət elan edilməsi haqqında sərəncam
imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsi ilə bağlı
göstəriş verib.

Qasırğanın oktyabrın 9-da və ya oktyabrın 10-u günün birinci yarısında Florida
sahillərinə yaxınlaşacağı gözlənilir. Mütəxəssislərin hesablamalarına görə,
Floridanın qərb sahillərində, o cümlədən Tampa körfəzində dalğanın hündürlüyü 5
m-ə çata bilər.

09:18

ABŞ-nin Florida ştatının hökumət qurumları “Milton” qasırğasının yaxınlaşması
ilə əlaqədar ştatın 5,5 milyondan çox sakininə evlərini tərk etməyi və təxliyə
olunmağı tövsiyə edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat verib.

Nəşr qeyd edib ki, bu təxliyə ştatın tarixində ən böyük evakuasiyalardan biri
ola bilər.

Hakimiyyət vətəndaşlara ən yaxın sığınacaqlara getməyi məsləhət bilib.

Source link