39188b17-6b21-4d86-9753-ac8fab31166d..jpg

ABŞ-nin İraqdakı iki bazası PUA-ların hücumuna məruz qalıb

Baxış sayı: 585 dəfə baxılıb.

ABŞ-nin İraqdakı iki bazası PUA-ların hücumuna məruz qalıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İraq İslam Müqaviməti” hərəkatının döyüşçüləri respublika ərazisində ABŞ
hərbçilərinin olduğu iki hərbi bazaya hücum ediblər.

Bu barədə hərəkatın “Telegram” kanalında məlumat yayılıb.

Verilən məlumata görə, İraqın şimalındakı İraq Kürdüstanında Ərbil Beynəlxalq
Hava Limanı yaxınlığında yerləşən bazaya, eləcə də Ənbar vilayətindəki Ayn
əl-Əsəd bazasına zərbələr endirilib. Hücumların hədəfləri vurmağa müvəffəq
olduğu iddia edilən pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirildiyi
iddia edilir.

Zərbələrin nəticələri barədə məlumat verilmir.

Mənbə: TASS

Source link