7e19cd4a-771b-4de5-9f5c-2982eb5c3028.webp

ABŞ-nin qasırğa vurmuş ərazisində silahlı dəstələrə görə xilasedicilər təxliyə edildi

Baxış sayı: 168 dəfə baxılıb.

Şimali Karolinanın (ABŞ) “Helen” qasırğasından dağılmış Rezerford regionunda
işləyən xilasetmə işçiləri silahlı dəstələrin təhdidləri səbəbindən
əməliyyatları dayandırmağa və təxliyə etməyə məcbur olublar.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə “The Washington Post” xəbər yayıb.

Bildirilib ki, Federal Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (FEMA)
əməkdaşları xilasetmə işçilərini “ovlayan” silahlı adamlarla iki yük maşını
haqqında təcili məlumat alıblar. Bundan sonra bölgədəki bütün FEMA personalına
dərhal ərazini tərk etmək və təhlükəsiz yerə köçmək əmri verilib. Bununla da
xilasetmə işləri dayandırılıb.

Xilasedicilər öz mövqelərinə ancaq bir gün sonra qayıda və təbii fəlakətin
nəticələrinin aradan qaldırılmasını davam etdirə biliblər.

Yeri gəlmişkən qeyd edək ki, “Helen” qasırğası insan ölümü və dağıntılardan
əlavə, dünya yarımkeçirici sənayesi üçün ciddi nəticələrə səbəb ola bilər.
Şimali Karolinada elektronika, avtomobillər, tibbi cihazlar və günəş
batareyaları üçün çiplərin istehsalında əsas komponent olan dünyanın ən təmiz
kvarsını istehsal edən iki mədən yerləşir. Bu unikal kvars təxminən 380 milyon
il əvvəl bölgədə formalaşıb. Onun hasilatında hər hansı fasilə qlobal
yarımkeçirici bazarında onsuz da gərgin olan vəziyyəti daha da pisləşdirə bilər.

Source link