ef91ddf5-a77b-4799-81be-1249f52d4771..jpg

ABŞ-nin uzun illər Kubaya casusluq etmiş səfirinə hökm oxundu – FOTO

Baxış sayı: 537 dəfə baxılıb.

ABŞ-nin uzun illər Kubaya casusluq etmiş səfirinə hökm oxundu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Argentina və Boliviyadakı keçmiş səfiri Manuel Roça Kubanın xeyrinə
casusluq ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu hökm keçmiş diplomatın casusluq da daxil olmaqla iki ittiham üzrə özünü
təqsirli bilinməsindən və federal prokurorluqla əməkdaşlığa razılıq verməsindən
sonra verilib.

Nəzarət orqanından bildirildiyinə görə, 73 yaşlı Roça gizli şəkildə Kubada
hakim Kommunist Partiyasını dəstəkləyib. O, 40 ildən artıq müddətdə, o cümlədən
ABŞ Dövlət Departamentindəki 20 illik karyerası ərzində Vaşinqtona qarşı
kəşfiyyat məlumatlarının toplanmasına kömək edib. “Bugünkü iddia Roçanın qırx
ildən artıq davam edən xəyanətinə və yalanlarına son qoydu”, – deyə Ədliyyə
Departamentinin nümayəndəsi Devid Nyuman hökm çıxarıldıqdan sonra bildirib.

Qeyd edilir ki, 2022 və 2023-cü illərdə özünü Kubanın xarici kəşfiyyat
xidmətinin nümayəndəsi kimi təqdim edən Federal Təhqiqat Bürosunun gizli agenti
ilə keçirilən bir sıra görüşlər zamanı Roça ələ keçməmək bacarığı ilə öyünüb.
“Bizim etdiklərimiz… inanılmazdır. Bu, “Böyük Dəbilqə” turnirindən daha çox
şeydir”, – deyə Roça vurğulayıb.

Manuel Roça 1981-2002-ci illərdə ABŞ Dövlət Departamentində, o cümlədən
1994-1995-ci illərdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvü kimi fəaliyyət
göstərib. O, 1997-2000-ci illərdə ABŞ-nin Argentinadakı səfiri vəzifəsində
çalışıb, daha sonra Boliviyaya səfir təyin edilib və orada 2002-ci ilədək
çalışıb. Karyerası ərzində o, həmçinin İtaliya, Honduras, Meksika və
Dominikanda da işləyib.

Təqaüdə çıxdıqdan sonra Roça bizneslə məşğul olmağa başlayıb, əsasən Dominikan
Respublikasında qismən Kanadanın “Barrick Gold” şirkətinə məxsus olan qızıl
mədəninin prezidenti olub. Həmçinin kömür ixrac edən “XCoal”, “Clover Leaf
Capital” şirkətlərində, hüquq firması olan “Foley & Lardner” və İspaniyanın
ictimai əlaqələr firması “Llorente & Cuenc”də yüksək vəzifələrdə çalışıb.
Manuel Roça 2023-cü ilin dekabrında saxlanılıb.

Mənbə: RBC.ru

Source link