ABŞ ordusu lazer silahlardan istifadə etməyə hazırlaşır

Baxış sayı: 2. 958 dəfə baxılıb.

ABŞ ordusu lazer silahlardan istifadə etməyə hazırlaşır

Birləşmiş Ştatların hazırladığı enerjinin yönləndirilməsi silahını artıq günü bugün silahlı qüvvələrin arsenalına daxil etmək lazımdır. Onu artıq “gələcəyin texnologiyası” hesab etməməliyik.

Breaking Defense” nəşrinin məlumatına əsasən, bu sözləri Pentaqon rəhbərinin tədqiqatlar üzrə birinci müavini Maykl Qriffin bildirib.

“Ümid edirik ki, gələn ilin sonuna kimi bu texnologiyalardan bəziləri Müdafiə Nazirliyinin platformalarından onlarla və ya yüzlərlə kilovat səviyyəsində istifadə olunacaq”, – deyə Qriffin söyləyib.

Pentaqon rəhbərinin birinci müavinin sözlərinə görə, meqavattlı lazerlərin təkcə kosmosda yox, həmçinin quru qüvvələrdə (“Striker” zirehli texnikasında 75 kilovatlı lazer), hərbi hava qüvvələrində (“KC-46 Pegasus” hərbi təyyarəsində 200 kilovatlıq lazer) və hərbi dəniz donanmasında (“Freedom” və ya “İndependence” tipli sahilyanı döyüş gəmilərinin göyərtəsində 100 kilovatlı lazer) tətbiqini məqsədəuyğun sayır.

Qriffinin sözlərinə görə, səs sürətini üstələyən hədəflərə qarşı lazerlərdən effektiv istifadə üçün süni intellektin daha da inkişaf etdirilməsinə ehtiyac var. Pentaqon rəhbərinin birinci müavini hesab edir ki, lazerdən aşağı güclərdə istifadə həm də radiorabitəyə alternativ ola bilər. Belə ki, hazırda Rusiya və Çin, onların sərəncamında olan texnologiyalar sayəsində, radiorabitələri tuta bilir.