ABŞ hərbi dəniz qüvvələri “Locheed Martin” korporasiyası ilə esmineslər üçün lazer silahının yaradılması haqqında müqavilə bağlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Sövdələşmənin məbləği 150 milyon dollar təşkil edir. Yeni silahın 2020-ci ildə yaradılacağı bildirilir.
Pentaqon amerika silahlı qüvvlərinin pilotsuz təyyarə və raket hücumlarından mühafizəsi üçün ordunun belə sistemlərlə təchizatında maraqlıdır. Gələcəkdə lazer silahının ballistik raket və təyyarələrə qarşı effektiv vasitəyə çevriləcəyi istisna edilmir.
ABŞ hərbi dəniz qüvvələrinin böyük ümidlər bəslədiyi “Helios” adlı sistem pilotsuz təyyarələrin və gəmiyə yaxınlaşan qayıqların izləniləməsi və məhv edilməsi üçün nəzərdə tutulub. Onun “Arli Berk” tipli esmineslərdə “İcics” raket müdafiə sistemi kompleksinə daxil ediləcəyi bildirilir.