ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

Baxış sayı: 2. 435 dəfə baxılıb.

ABŞ-ın Missisipi ştatında ABŞ hərbi hava qüvvələrinin T-38C “Telon” modelindən olan təlim təyyarəsi qəzaya uğrayıb.

ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə  “Kolumbus” aviabazası yaxınlığında yerə çırpılıb.

Hər iki pilot vaxtında katapult edərək xilas olub. Bununla belə bədən xəsarətləri alan pilotlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

.
www.ÇıxışYolu.Com