ABŞ pilotsuz təyyarəsi Rusiya sərhədində kəşfiyyat apardı

Baxış sayı: 3. 354 dəfə baxılıb.

ABŞ pilotsuz təyyarəsi Rusiya sərhədində kəşfiyyat apardı

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “RQ-4B Global Hawk”strateji pilotsuz təyyarəsi Rusiya sərhədləri yaxınlığında 11 saat ərzində uçuş həyata keçirib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə “PlaneRadar” aviasiya resursu məlumat yayıb. 

Təyyarənin İtaliyadakı “Sigonella” aviabazasından havaya qalxdığı bildirilir. Bakı vaxtı ilə 9:27 pilotsuz cihaz Ukrayna, bir saat sonra isə – Polşanın hava məkanında uçuş həyata keçirib.

Daha sonra isə bir neçə saat ərzində Amerika təyyarəsi Litva ərazisində olaraq Kalininqrad yaxınlığında kəşfiyyat aparıb. 

www.ÇıxışYolu.Com