Amerika Birləşmiş Ştatları hökuməti polad və alüminiumun idxalına görə bir sıra dövlətlərdən rüsum tutulacağını elan edib.
ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb.
Bəyanata görə, rüsum rejimi ilə bağlı yekun qərar mayın 1-də qəbul olunacaq
“Prezidentin elan etdiyi rüsumlar 23 mart 2018-ci ildə 00:01 radələrində (Bakı vaxtı ilə 08:01-də) qüvvəyə minəcək” deyə bəyanatda qeyd olunur.
Avstraliya, Argentina, Braziliya, Kanada, Meksika, Koreya Respublikası və Avropa İttifaqı ölkələri müvəqqəti olaraq mayın 1-ə qədər rüsum rejimindən azad edilib. Yerdə qalan ölkələr isə tətbiq olunan rüsumlarla bağlı Vaşinqtonla danışıqlara dəvət olunub.