ABŞ prezidentliyinə namizəd, Kaliforniyadan olan senator Kamala Harris “MoveOn’s Big Ideas” forumunda çıxışı zamanı naməlum şəxs tərəfindən hücuma məruz qalıb.
ÇıxışYolu.Com-ın “CBS News”-a istinadən verdiyi məlumata görə, kişi qəfildən səhnəyə qaçıb və mikrofonu Harrisin əlindən qamarlayaraq, yaxşı bir ideyanı səsləndirmək üçün diqqət istədiyini deyib.
Kişini mühafizəçilər və hətta Harrisin yoldaşı da səhnədən çıxarmağa çalışıblar.
Hadisə baş verən zaman Harris tələbə kreditləri haqqında öz fikirləri ilə bölüşürdü. Siyasətçi olaydan sonra da çıxışını davam etdirib.
Hücum edənin şəxsiyyəti müəyyənləşdirilərkən, onun heyvanların hüquqları üzrə təşkilatın üzvü Eydan Kuk olduğu məlum olub.