Rəsmi Vaşinqton həftənin sonuna qədər bir sıra rusiyalı biznesmenə qarşı sanksiya tətbiq edəcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Reuters etibarlı mənbələrə istinadən yazır.
Bildirilir ki, “Vladimir Putin və Rusiya hökumətinə yaxın iş adamlarına” qarşı sanksiyalar barədə cümə axşamı, aprelin 5-də elan ediləcək.
Ağ ev və ABŞ Maliyyə Nazirliyi məsələyə şərh verməkdən imtina edib.