ABŞ Qəzza zolağından İsrail ərazisinə raketlərin atılmasını pisləyir.
The Jerusalem Post xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Ceyson Qrinblatt çıxış edib.
O qeyd edib ki, Vaşinqton İsraili dəstəkləyir. Qrinblatt dünya dövlətlərini də İsrail tərəfinin mövqeyini dəstəkləməyə çağırıb.
ABŞ-ın xüsusi nümayəndəsi Qəzza zolağının “bu təcavüzü”nün dayandırılmasının vacibliyini vurğulayıb.