Yaxın beş il ərzində ABŞ təbii maye qazın ixracatını 4 dəfə artırmağı planlaşdırır. Bunun üçün yeni terminallar inşa olunacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə ABŞ-ın energetika asossasiyasının icraçı direktoru Barri Uortinqton Hyustonda keçirilən beynəlxalq konfransda çıxışında danışıb.
“İxracat həcmi artmağa davam edəcək.Yəqin ki, qarşıdakı 5 il ərzində ixrac həcmlərinin əhəmiyyətli dərəcədə artımının şahidi olacağıq, maye qazın ixracı 4 dəfə artacaq” deyə Uortinqton bildirib.
Enerji asossasiyasının rəhbəri bildirib ki, hazırda ABŞ-da iki ixrac terminalı fəaliyyət göstərir. Dövlətin planında əlavə beş və ya altı terminalın inşası var. Yaxın zamanda “Cheniere Energy” və “Exxon Mobil” şirkətlərinin terminallarının istismara veriləcəyi bildirilir.