ABŞ hərbi hava qüvvələri “B61-12” “qravitasiyalı” nüvə bombasını sınaqdan keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Military.com”-da məlumat yayılıb.
“Biz artıq mühəndis, sazlama və uçuş sınağı həyata keçirmişik. Proqram çox uğurlu şəkildə davam edir”, – deyə ABŞ-ın nüvə silahlarının strateji dayandırılması və inteqrasiyası üzrə qərargahının rəis müavini general Cek Vaynşteyn bildirib.
Müasirləşdirilmiş “B61-12” nüvə bombası sələflərindən beş dəfə daha dəqiq olacaq.
ABŞ hərbi komandanlığı uçuş sınaqlarında hansı təyyarələrdən istifadə olunduğunu açıqlamayıb. Habelə nəşrin məlumatına görə, “qravitasiyalı” bomba beşinci nəsil “F-35” çoxfunksiyalı qırıcısında daşınması üçün nəzərdə tutulub.
İlk belə nüvə bombalarının 2020-ci ildən etibarən ABŞ-ın hərbi arsenalına daxil olacağı bildirilir.