Liviyanın Əvbari şəhərində ABŞ hərbi hava qüvvələrinin endirdiyi aviazərbə nəticəsində “Əl-Qaidə” qruplaşmasının iki üzvü həlak olub.
ÇıxışYolu.Com “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan biri “Əl-Qaidə” qruplaşmasının yerli şəbəkəsinin başçısı Musa əbu-Daudadır.
Zərərsizləşdirilmiş başçı Liviyada qruplaşmaya yeni üzvlərin cəlb olunması, həmçinin terror əməliyyatlarının maddi-texniki təchizatına cavabdeh olub.