dbea4021-eb0f-4b7b-af6a-ff4d3087c699.jpg

ABŞ rəsmiləri Fətullah Gülənin ölümündən danışmaqdan qorxdular

Baxış sayı: 192 dəfə baxılıb.

ABŞ-dən FETÖ (Fətullahçı Terror Təşkilatı) başçısı Fətullah Gülənin ölümü ilə
bağlı şərh verməkdən çəkiniblər.

Cixisyolu.com-ın “Haber Global”a istinadən verdiyi məlumata görə, ABŞ Dövlət
Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə FETÖ liderinin
ölümü barədə sual verilib. Patel isə cavabdan yayınıb.

“Xəbərləri gördüm, ancaq təqdim edə biləcəyim heç nə yoxdur. ABŞ-də yaşayan
xüsusi şəxslərlə bağlı məsələlərdə şərh verə bilmərəm”, – deyə o bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə
koordinatoru Con Kirbi də onlayn keçirdiyi mətbuat konfransında FETÖ başçısının
ölümü ilə bağlı Vaşinqton və Ankara arasında hər hansı bir əlaqənin
olub-olmadığı sualına “Hazırda heç nə yoxdur” deyə cavab verib.

Xatırladaq ki, oktyabrın 20-də Türkiyədə terror təşkilatı kimi tanınan
FETÖ-nun lideri Fətullah Gülənvəfat edib
. Pensilvaniyada
yaşayan 83 yaşlı təşkilat lideri aparıldığı xəstəxanada ölüb. Onun müalicə
prosesi və ölüm səbəbi haqqında ətraflı məlumat verilməyib.

Source link