ABŞ-ın Alamaba ştatında yerləşən restoranlardan birində silahlı insident baş verib. Adı açıqlanmayan şəxs odlu silahdan atəş açaraq bir nəfəri qətlə yetirib, üç nəfəri yaralayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “WRBL” telekanalı məlumat yayıb.
İnsident Hörtsboro şəhərinin “City Grill Café” adlı iaşə obyektində qeydə alınıb. Atışma nəticəsində restoranın sahibinin həlak olduğu bildirilir.
Cinayəti törədən şəxsin ruhi-əsəb sarsıntılarından əziyyət çəkən yerli sakin olduğu xəbər verilir.
Atışmadan sonra o, hadisə yerini tərk edib.