ABŞ rus silahından imtina edən ölkələrə “pul paylayacaq”

Baxış sayı: 2. 634 dəfə baxılıb.

ABŞ rus silahından imtina edən ölkələrə “pul paylayacaq”

ABŞ-ın hakim dairələri Rusiya və Çindən silah tədarükündən imtina edən ölkələrə ödəniş proqramını genişləndirməyi planlaşdırır.

Söhbət ERİP (Təkrar Kapitallaşdırmanın Stimullaşdırılması üzrə Avropa Proqramı) proqramından gedir.

Bu təşəbbüs sayəsində Vaşinqton 2018-ci ildən etibarən ABŞ hərbi texnikası almaq istəyən ölkələrə vəsait təqdim edib. Artıq proqram çərçivəsində Xorvatiya 25 milyon dollar, Slovakiya 50 nilyon dollar əldə edib.

İndi hökumət sözügedən layihəni genişləndirərək, bütün dünyaya, həmçinin Çin silahlarından imtina edən ölkələrə də şamil etmək niyyətindədir.