ABŞ prezidenti Donald Tramp administrasiyası “Cənub axını – 2” qaz-boru kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı sanksiyalar hazırlayır.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Foreign Policy” agentliyi vəziyyətlə tanış olan mənbəyə istinadla məlumat yayıb.
Qadağalar Almaniyanın və bir çox Avropa ölkəsinin enerji şirkətlərinə tətbiq ediləcək. Qeyd olunub ki, Ağ ev rus layihəsini dayandırmaq üçün digər tədbirləri də nəzərdən keçirir.
“Tramp administrasiyası “Cənub axını – 2” layihəsini dayandırmaq üçün bütün lazımı addımlardan istifadə edəcəklər”, – mənbə bildirib.
ABŞ Dövlət Departamenti hələlik bu informasiyanı şərh etməyib, lakin qeyd edib ki, şirkətlər layihədə iştirakı ilə bağlı məsələni bir daha nəzərdən keçirməlidilər. “Biz açıq şəkildə bildirdik ki, rus enerji sektoruna işləyən şirkətlər sanksiyalarla üz-üzə gələ bilər”, – departamentin mətbuat katibi Xizer Noyert bildirib.