ABŞ Rusiya ilə kosmik müharibəyə hazırlaşır

Baxış sayı: 2. 670 dəfə baxılıb.

ABŞ Rusiya ilə kosmik müharibəyə hazırlaşır

Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şenahan Rusiya və Çin kosmik silahlarının ABŞ təhlükəsizliyinə təhdid yaratdığını dilə gətirib.

Bu barədə “The Washington Examiner” məlumat yayıb.

Onun sözlərinə görə, növbəti iri qlobal münaqişənin gedişi kosmosda istifadə olunacaq silahların effektivliyindən asılı olacaq.

“Bizim rəqiblər kosmik məkanın hərbiləşdirilməsini həyata keçirməklə, ABŞ qüvvələrini təhlükə altında qoyurlar”, – deyə ABŞ müdafiə naziri vəzifəsinin müvəqqəti icraçısı bildirib.

Şenahanın sözlərinə görə, Çin və Rusiya siqnalları boğmağa və naviqasiya sistemlərinin işində ciddi pozuntu yaratmağa qadir olan lazer və raket silahlar yaradır.

“Onların kosmosdakı əməllərinə görə ora artıq əsl döyüş meydanına çevrilib. Bu, gələcək və fərz olunan təhdid deyil, indiki reallıqdır”, – deyə Şenahan vurğulayıb.

O, ABŞ-ın kosmosda hərbi qüdrətini gücləndirəcəyini vurğulayıb.