Rusiya öz hərbi kontingentini Gürcüstan ərazisindən çıxarmalıdır.
ÇıxışYolu.Com “Anadolu” xəbər agentliyinə istinadən məlumat verir ki, bunu Tbilisidə keçirilən NATO-Gürcüstan xalq diplomatiyası forumunda ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Uess Mitçel bildirib.
Mitçel ABŞ rəhbərliyinin Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və NATO-ya inteqrasiyasını dəstəklədiyini diqqətə çatdırıb.
“Donald Tramp 2008-ci il Buxarest sammitinin bəyannaməsini dəstəkləyir və NATO-ya üzv-dövlətləri bu istiqamətdə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır”, – deyə Mitçel bildirib.
“Gürcüstanın NATO-ya üzvlüyü Rusiya və ya hər hansı başqa ölkədən asılı deyil. Yalnız Gürcüstan öz gələcəyi ilə bağlı hər hansı qərar qəbul edə bilər. Heç bir dövlətin Gürcüstanın NATO-ya inteqrasiyasına mane olmağa ixtiyarı yoxdur”, – Mitçel vurğulayıb.