ABŞ: Rusiya “Taliban”ı silahlandırır

ABŞ: Rusiya “Taliban”ı silahlandırır

Baxış sayı: 2. 595 dəfə baxılıb.

Rusiya Əfqanıstanın “Taliban” hərəkatını dəstəkləyir və hətta onları silah-sursatla təchiz edir.

ÇıxışYolu.Com xəbər verir ki, bunu BBC-yə verdiyi müsahibədə beynəlxalq koalisiyanın Əfqanıstandakı hərbi komandanı Con Nikolson bildirib.

Generalın sözlərinə görə, Rusiyanın Əfqanıstanda sabitliyi pozma cəhdləri göz qarşısındadır.

Nikolson iddia edir ki, Rusiyada istehsal olunan silahlar qaçaqmalçılıq yolu ilə Tacikistan sərhədindən Əfqanıstana göndərilir. Habelə general təchiz olunan silahların növü və sayı barədə dəqiq məlumat verməkdən imtina edib.

Rusiya öz növbəsində “Talibanın Moskva tərəfindən silahlandırılması” ilə bağlı iddiaları təkzib edərək, Vaşinqtonun buna dair heç bir sübutunun olmadığını bildirib.

.
www.ÇıxışYolu.Com