ABŞ-ın “Lockheed Martin” korporasiyası ölkənin Hərbi-Hava Qüvvələrinə beşinci nəsil F-22 Raptor qırıcı təyyarəsinin yeni versiyasını təqdim edib.
ÇıxışYolu.Com “Defense One” nəşrinə istinadən xəbər verir ki, söhbət təyyarənin hibrid versiyasından gedir.
Yeni təyyarə özündə F-22 və F-35-in xüsusiyyətlərini cəmləşdirir. Ehtimal olunur ki, bu təyyarə F-35-in elektronikası ilə təchiz olunacaq.
Nəşrin yazdığına görə, “Lockheed Martin” ABŞ ordusuna qırıcıların bir neçə versiyasını təqdim edir. Məqsəd havada Rusiya və Çinə müqavimət göstərmək üçün qırıcıları daha da yaxşılaşdırmaqdır.