ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Skripalın işi barədə müzakirə aparıb.
ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadən məlumatına görə, telefon danışığı zamanı hər iki lider bildirib ki, bu barədə Böyük Britaniya ilə həmrəydirlər.
Onlar həmçinin Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək lazım olduğunu vurğulayıblar.