ABŞ Rusiyanın baş konsulluğunu bağladı

ABŞ Rusiyanın baş konsulluğunu bağladı

Baxış sayı: 2. 960 dəfə baxılıb.

Rusiyanın Sietl (ABŞ) şəhərindəki baş konsulluğu vətəndaşların qəbulunu dayandırıb.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bu barədə baş konsulluğun saytında məlumat yayılıb.

“ABŞ hökumətinin RF-nın Sietl şəhərindəki baş konsulluğunu bağlamaq qərarı ilə əlaqədar, martın 26-dan etibarən vətəndaşların pasport,viza  həmçinin vətəndaşlıq və notariat məsələləri ilə bağlı qəbulu dayandırılır” deyə məlumatda qeyd olunur.

Bundan əvvəl RF-nın baş konsulu Halit Aysin, ABŞ hökumətinin tələbi ilə baş konsulluğun martın 30-u yerli vaxtla 17:00-da fəaliyyətini dayandıracağını bildirmişdi.

.
www.ÇıxışYolu.Com