ABŞ hərbi-dəniz qüvvələrinin II donanmasını bərpa edib.
ÇıxışYolu.Com-nun məlumatına görə, ABŞ Hərbi-Dəniz Qüvvələrinin hərbi-dəniz əməliyyatları komandanı admiral Con Riçardson Norfolkda təntənəli açılışda bəyan edib ki, II donanma Rusiyanın dirçəlməsi fonunda hərəkət etməli olacaq:
“Biz dənizdə rəqabət üstünlüklərimizi və dominantlığımızı qoruyub saxlamalıyıq”.
Qeyd edək ki, ABŞ hərbi-dəniz qüvvələrinin II donanması 1950-ci ildə yaradılıb. Məqsəd “soyuq müharibə” dövründə Şimali Atlantikada SSRİ ilə rəqabətdə üstünlük qazanmaq olub.