ABŞ ordusu 6,8 mm kalibrli patronların hazırlanması üçün üç namizəd seçib.
“Popular Mechanics”in məlumatına əsasən, onlardan biri 2013-cü ildən başlayaraq hazırda NATO ölkərində geniş istifadə olunan 5,56 mm kalibrli güllələri əvəz edəcək.
Patronlara əvəzi “General Dynamics/True Velocity”, “Textron” və ya “Sig Sauer” hazırlayacaq. Yeni güllələr “M4A1” avtomatını və “M249” pulemyotunu əvəz edəcək silah üçün nəzərdə tutulub.
Qeyd edilir ki, kalibr ABŞ ordusunda hazırda istifadə olunan güllələr Çin və Rusiya tərəfindən hazırlanan yeni zirehli jiletləri deşə bilmədiyi üçün böyüdülür.