ABŞ Ukraynadakı duruma görə Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək.
ÇıxışYolu.Com xəbər verir ki, bunu ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.
O qeyd edib ki, ABŞ Rusiyaya qarşı sanksiya məsələsində avropalı tərəfdaşları ilə sıx fəaliyyət göstərir.
Volker sanksiyaların effektivliyinə inandığını və Rusiyada bunun sübutlarını gördüyünü bildirib.