ABŞ səfirliyi rusiyalı idmançılara viza vermədi

ABŞ səfirliyi rusiyalı idmançılara viza vermədi

Baxış sayı: 3. 988 dəfə baxılıb.

Moskvadakı ABŞ səfirliyi aprelin 7-8-də Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə dünya kuboku üçün rusiyalı idmançılara viza verməyib.

ÇıxışYolu.Com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova fevralın sonlarında viza üçün müraciət olunsa da, indi cavab verilməsinin günahını konsulluq əməkdaşlarında görüb.

Rusiyadan başqa, Qazaxıstan millisinin dörd güləşçisinə də viza verilməyib. Bunun üçün Qazaxıstan Güləş Federasiyası (QGF) ABŞ-dan olan müvafiq quruma viza alınmasında kömək edilməsi üçün müraciət etsə də, onların da bir köməyi dəyməyib.

Nəticədə qazaxlar Dünya Güləş Birliyinə (DGB) məsələnin həll olunması üçün müraciət edib. Bu barədə QGF-nın vitse-prezidenti Yerlan Kojasbəy bildirib.

Qeyd edək ki, bu yarışda Azərbaycanın sərbəst güləşçiləri də iştirak edəcək. Rusiya ilə Qazaxıstan məhz millimizin mübarizə aparacağı A qrupunda yer alıb. Daha bir rəqibimiz isə Kuba millisidir.

Xatırladaq ki, B qrupunda mübarizə aparacaq İran millisinin də bu turnirdə iştirak etməyəcəyi öncədən bəlli idi. Çünki İran millisi ABŞ turnirini boykot edib. Buna səbəb DGB-nin İranın Əhvaz şəhərində apreldə baş tutması nəzərdə tutulmuş yunan-Roma güləşi üzrə dünya kubokunun keçirilməsinə icazə verməməsidir.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com