ABŞ səfiri paylaşım etdi: “Şuşada olduğum üçün xoşbəxtəm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Mən bu gün Şuşada olduğum üçün xoşbəxtəm”.
Bu sözləri ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirliyin “X” səhifəsində
Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratını bölüşərkən qeyd edib.
“Biz bu səfərə iki aya yaxındır ki, hazırlaşırdıq və şadam ki, nəhayət, baş
tutdu”, – deyə diplomat ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki səhifəsində
yerləşdirilən videoda bildirib.
“Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm. Biz iki aya yaxındır ki bu səfərə
hazırlaşırdıq və mən şadam ki, bu səfər nəhayət ki baş tutdu…
Qonaqpərvərliyinizə görə təşəkkür edirəm… Azərbaycanın bütün bölgələrinə
səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm.”
— Səfir Libby pic.twitter.com/yuvvUxA2xb
— U.S. Embassy Baku (@USEmbassyBaku) May 6, 2024
Source link