ABŞ səfiri qalmaqalın mərkəzində – VİDEO

ABŞ səfiri qalmaqalın mərkəzində – VİDEO

Baxış sayı: 2. 120 dəfə baxılıb.

ABŞ-ın Berlindəki səfiri Almaniyanın XİN-ə çağırılıb.

ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki,  Alman hökuməti Riçard Qreneldən qatı-sağçı “Breitbart News” agentliyinə verdiyi qalmaqallı müsahibəyə görə izahat tələb edir.

Müsahibədə səfir Avropanın ənənəvi partiyaları haqqında xoşagəlməz ifadələr işlədib və mühafizəkar qüvvələri dəstəklədiyini bildirib.

Bu alman siyasətçilərin “tənqid yağışına” səbəb olub. Səfir Qrenel diplomatik etika qaydalarını pozmaqda və Almaniyanın daxili işlərinə qarışmaqda ittiham olunur.

Maraqlıdır ki, Qrenelin səfir təyin olunmasından bir ay keçsə də, o, artıq ölkədə az qala arzuolunmaz şəxsə çevrilib. 

Vəzifəyə keçdiyi ilk gündə belə diplomat Almaniya hökumətini təəccübləndirib. Həmin vaxt səfir “Twitter” səhifəsində Vaşinqtonun İrana qarşı sanksiyalar tətbiq etməsi fonunda  Alman şirkətlərini Tehrandan çıxmağa çağırmışdı.

.
www.ÇıxışYolu.Com