e41be427-e6a7-4697-a4f9-e7f3b4d75667..jpg

ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib – FOTO/VİDEO

Baxış sayı: 545 dəfə baxılıb.

ABŞ səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi
kədərləndirdi”.

Cixisyolu.com-ın xəbərinə görə, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “X”
hesabında paylaşım edilib.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan
təmizlənməsi üzrə səyləri dəstəkləyir.

Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində
həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi
ərazisində mina hadisəsi baş verib. ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Elçin
Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina
partlayışı nəticəsində xəsarətlər alıb.

Bu gün @ANAMA_gov_az
əməkdaşının mina partlaması nəticəsində xəsarət alması xəbəri bizi
kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində
Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının
və onların ailələrinin kədərini…pic.twitter.com/IN5tBOCNVG

— U.S. Embassy Baku (@USEmbassyBaku) April 27, 2024


Source link