Türkiyə təhlükəsizlik qüvvələri ABŞ-ın Ankaradakı səfirliyinə terror hücumu planlaşdıran İŞİD yaraqlılarını həbs edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Səfirliyə hücum planlaşdırmaqda şübhəli bilinən 4 İŞİD üzvü aparılan əməliyyatdan sonra saxlanılaraq, bölməyə aparılıb.
Xatırladaq ki, ABŞ diplomatik nümayəndəliyi bundan əvvəl bazar günü bəyanat verərək, terror təhlükəsi ilə əlaqədar səfirliyin martın 5-dən etibarən faəliyyətini dayandıracağını bildirmişdi.
Bəyanatda ABŞ vətəndaşlarına yalnız ən təcili hallarda xidmətin göstəriləcəyi qeyd olunurdu.
Ardınca Türkiyə paytaxtının meriyası bəyanatla çıxış edərək, Ankara hüquq mühafizə orqanlarının “ABŞ mənbələrindən daxil olmuş məlumatlar əsasında” səfirliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı əlavə tədbirlər gördüyünü bildirmişdi.