ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə
müdafiə paktı bağlamayacaq”.
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında
anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin
normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun mənalı addımlar
daxildir.
Qeyd edək ki, hazırda Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla
danışıqlar aparır. Təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı
İsraillə tam diplomatik əlaqələr qura bilər.
Mümkün alternativ kimi Vaşinqton Ər-Riyada “NATO-dan kənar əsas müttəfiq”
statusunu təklif etməyə, yaxud da ABŞ və Bəhreyn arasındakı razılaşmaya bənzər
pakt bağlamağa hazırdır. Bu saziş çərçivəsində ölkələr ikitərəfli
məsləhətləşmələrdən sonra hərbi-texniki və kəşfiyyat sahələrində əməkdaşlığa,
eləcə də “istənilən xarici təcavüzə” birgə müqavimət göstərməyə razılaşırlar.
Mənbə: TASS