ABŞ sanksiya tətbiq etdi, Moskva cavab verməyə hazırlaşır

Baxış sayı: 2. 569 dəfə baxılıb.

ABŞ sanksiya tətbiq etdi, Moskva cavab verməyə hazırlaşır

ABŞ Dövlət departamentinin xüsusi nümayəndəsi Kurt Volker ölkəsinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, o, bu sanksiyaların Krım və Donbasla bağlı olduğunu bildirib. 

Noyabrın 8-dən qüvvəyə minən sanksiyalar Rusiyanın Ukraynanın Krım bölgəsinin özəl investisiya layihələri vasitəsi ilə inteqrasiya cəhdlərinə dəstək verən üç fiziki şəxs və doqquz təşkilata qarşı yönəlib. 

Rusiya Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Konstantin Kosaçev isə bəyan edib ki, buna cavab olaraq Rusiya adekvat addım atacaq. 

www.ÇıxışYolu.Com